Universitetlərdə Tələb Olunmayan İxtisaslar
Bəzi universitetlərdə tələb olunmayan ixtisaslar tədris olunur.
Dünyanın bir çox universitetləri, xüsusən də inkişaf etmiş ölkələrin ali məktəbləri tələb və təklif balansına uyğun olaraq ixtisaslarını müntəzəm olaraq yeniləyir. Bəzi fənləri ümumi proqramlar çərçivəsində birləşdirirlər.
Bu tendensiya yalnız iqtisadi səbəblərə görə deyil, həm də yeni texnologiyaların inkişafı və iş bazarının dəyişən tələbləri ilə bağlıdır. Lakin Azərbaycanda bəzi ixtisasların artıq müasir iş bazarına uyğun olmadığı və ya çox dar ixtisaslaşma ilə məhdudlaşdığı müşahidə olunur.
"Xəzər Xəbər"ə istinadən xəbər verilir ki, təhsil ekspertləri 1-ci ixtisas qrupunda Geomatika və geodeziya, Materiallar mühəndisliyi, həmçinin 2-ci ixtisas qrupunda Marketinq və Menecment kimi ixtisasların əvvəlki illərin qəbul planlarına nisbətən populyarlığının azaldığını bildirirlər. Bundan əlavə, tələb olunmayan ixtisasların ləğv edilməsi ilə yanaşı, bəzi pedaqoji ixtisaslar üçün plan yerləri də azaldılmalıdır.
Təhsil eksperti Kamran Əsədov hesab edir ki, bu tip ixtisaslar yeni texnoloji sahələrə inteqrasiya olunan ixtisaslarla əvəz olunmalıdır.
Təhsil eksperti hazırda universitetlərdə Tibb ixtisası üzrə plan yerlərinin artırılmasının vacibliyini vurğulayır.
Daha ətraflı məlumat üçün videonu izləyin:
Etiketlər
Oxşar xəbərlər
Universitetlərdə qeydiyyat sentyabrın 20-də başlay...
Son Xeberler
Fevraldan universitetlərdə ənənəvi təhsil başlayır...
Son Xeberler
Hərbi həkim olmaq istəyənlərin
Son Xeberler
Ali məktəblərə keçid balları-AÇIQLANDI
Son Xeberler
Ali məktəblərə qəbulun müsabiqə şərtləri yaxın gün...
Son Xeberler
İxtisas seçimi edəcək abituriyentlərin
Son Xeberler