Son Xeberler
25.02.2021 18:35
6 abunə
430
Ermənistanın polis zabitləri də Paşinyanın istefasını tələb edirlər
"İctimaiyyəti təxribatlara getməməyə və hakimiyyətin saxlanılmasına yönəlmiş istənilən addımdan çəkinməyə çağırırıq".
Bu barədə polis zabitlərin birgə bəyanatında qeyd olunub.
"Hazırkı durumun yeganə həlli hakimiyyətin istefasıdır", - bəyanatda vurğulanıb.
Məlumata görə, onu 5 general və 25 polkovnik imzalayıb. İmzalayanlar arasında hazırda qurumda işləyənlərlə yanaşı ehtiyatda olan zabitlər də var.
///Report