16.12.2020 10:26
6
abunə
365
Ermənistanı vətəndaş müharibəsi gözləyir - Tevos Arşakyan

“Hazırda hər yerindən duran hakimiyyətə can atır. Onlar yalnız ölkədaxili siyasi həyatı laxladır, qardaşı qardaşa, atanı oğula qarşı qaldırırlar. Lakin ölkəni bərpa etmək üçün təsirli bir mexanizm təklif etmirlər. Əsas məqsəd - Nikolanı devirmək və ölkəni özləri idarə etməkdir. Xalq onların vecində də deyil”.

Bu barədə təhlilçi Tevos Arşakyanın Armrenianreport.com-dakı məqaləsində deyilir.

“Baxın, bu gün Paşinyanın istefasını tələb edənlərin hamısı yekdilliklə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş nazirinin 10 noyabrda imzaladıqları üçtərəfli bəyanatı təftiş və ya ləğv etməyəcəklərini bəyan edirlər. Onlar bunun Putini qəzəbləndirəcəyini yaxşı başa düşürlər. Elə isə niyə baş nazir dəyişməlidir?”, - deyə müəllif sual edib.

O, yaranmış vəziyyətdən yalnız bir çıxış yolu görür: “Növbədənkənar parlament seçkiləri. Əgər Nikol qalib gəlsə, yaxşı, qoy bişirdiyi ”kaşa"nı özü yeyib boğmalansın. Seçkini Vazgen Manukyan qazansa - yenə olsun. Nə etmək olar, xalqın iradəsinə nə deyə bilərik ki. Ancaq bu, keçmişə qayıtmaq istəyənlərin iradəsi olacaq. Yeri gəlmişkən, heç də yaxşı olmayan bir keçmişə".

Lakin erməni siyasi texnoloq, ölkədəki vəziyyəti böhranlı hesab edən Arutyun Mesrobyan Manukyanın baş nazir postuna namizədliyini yüksək qiymətləndirir və keçid dövrü üçün Manukyanın səlahiyyət müddətini hətta 1 ildən 5 ilə qaldırmağı təklif edir: “Çünki 1 il sonra partiyalar arasında çəkişmələr labüd şəkil alacaq. Bu keçid hökuməti ən azı, 5 il ərzində parlament idarəetmə sistemindən prezident sisteminə qayıdışı təmin etməlidir. Mövcud şəraitdə Ermənistan üzərində üstəlik, Türk təhdidi real olduğu üçün bütün yerli və dövlət səviyyəli seçkilər gündəmdən çıxarılmalıdır”.

Yəni Mesropyan əksinə, yaxın 5 ildə Ermənistanda böyük seçkiləri təxirə salmağa çağırır. Beləcə, Ermənistanda müharibədən sonrakı ölkənin gələcəyi ilə bağlı siyasi qütbləşmə və didişmələr dərinləşməkdədir. Hər halda, 17 partiyanın dəstəklədiyi V.Manukyanın öz xalqı yanında reputasiyası yaxşı deyil. Bütün bu siyasi çəkişmələr isə vətəndaş müharibəsinin xəbərçisi sayıla bilər.(Yeni Musavat)

Daxil olun


x
This website is using cookies. More info. That's Fine