🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

Ermənistanda vətəndaş müharibəsi ola bilər - Ter-Petrosyan

05.12.2020 19:01 431 baxış sayı 2 dəq. oxuma
Ermənistanda vətəndaş müharibəsi ola bilər -

Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkədə hakimiyyət uğrunda güclənən mübarizədən narahatlığını bildirib.

Bu barədə “Erməni Milli Konqresi” partiyasının mətbuat katibi Arman Musinyan “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Ter-Petrosyanın fikrincə, baş nazir Nikol Paşinyanla müxalifətin bu posta namizəd göstərdiyi Vazgen Manukyanın iradəsindən asılı olmayaraq, bu qarşıdurma hər hansı bir təxribata görə vətəndaş müharibəsinə çevrilə bilər:

“Ter-Petrosyanın fikrincə, bu isə Ermənistan dövlətçiliyinin sonu ola bilər. O ümid edir ki, Nikol Paşinyan və Vazgen Manukyan bu təhlükənin tam fərqinə vararaq hadisələrin gedişatından çəkinmək üçün bütün səylərini ortaya qoyacaqlar”.

Qeyd edək ki, Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefaya getməsi üçün 3 gün möhlət verib.

Paylaş: