Ermənistanda polis aksiya iştirakçılarına güc tətbiq etdi
Ermənistanda gecə saatlarında sakinlər Milli Təhlükəsizlik Xidmətinin binası qarşısında etiraz aksiyası keçirib.
“Çiçəklənən Ermənistan” partiyasının lideri, iş adamı Qaqik Tsarukyanın Milli Təhlükəsizlik Xidmətinin binasını tərk etməsindən sonra aksiya daha da şiddətlənib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya iştirakçılarına zor tətbiq edib, onları asfaltın üstündə sürüyərək maşınlara mindiriblər. Hətta polis aksiyanı işıqlandıran jurnalistlərə də güc tətbiq edib.
Xatırladaq ki, ötən gün Ermənistan parlamenti Tsarukyanın deputat toxunulmazlığının ləğvi və həbsi barədə baş prokurur Artur Davtyanın vəsatətlərini qəbul edib.
Tsarukyan özü bunu sifarişli adlandırıb və səbəb kimi son vaxtlar Paşinyan hakimiyyətini sərt tənqid etməsini göstərib.
Oxşar xəbərlər
Los Angelesdə Kirayə pullarının ləğv edilməsi üçün...
OrdanBurdan
Yerevanda aksiyada 35 müxalifətçi saxlanıldı
Son Xeberler
Ermənistanda etirazçılar universitet binasına basq...
Son Xeberler
Ermənistanda itkin düşən hərbçilərin valideynləri...
Son Xeberler
Ermənistanda bir günə 2241 nəfər yoluxdu
Son Xeberler
Ermənistanda bir günə 41 nəfər öldü
Son Xeberler