Son Xeberler
24.12.2020 11:04
6 abunə
505
İrəvanda aksiyaçılar küçədə gecələyirlər
Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən onlarla müxalifətçi İrəvanın mərkəzi meydanında gecələyir.
Aksiyaçılar təxminən 10-a yaxın çadır qurublar, həmçinin qızınmaları üçün tonqallar qalayıblar.
Xatırladaq ki, Ermənistanın Qarabağ müharibəsində rüsvayçı məğlubiyyətini görən baş nazir Nikol Paşinyan noyabrın 10-da ölkəsinin kapitulyasiyası, Dağlıq Qarabağda atəşin dayandırılması haqqında bəyanata imza atıb. Sənədin imzalanmasından sonra İrəvanda kütləvi etirazlar başlayıb.