Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
“Belə böyük faciənin baş verdiyi hər bir ölkədə yalnız bir həll yolu var: buna səbəb olan hökumət getməlidir”.
Bunu Ermənistan prezidenti Armen Sarkisyan Moskvadakı erməni icması ilə görüşdə bildirib.
Onun sözlərinə görə, əgər siyasətçi güclüdürsə yenidən iqtidara qayıda bilər:
“Sivil bir yol var - erkən seçkilər, müvəqqəti milli birlik hökuməti yaratmaq. Bu o demək deyil ki, müvəqqəti hökumətdə hər bir partiyanın öz naziri olmalıdır. Hökumət hörmətli şəxslər tərəfindən qurulmalıdır. Bu hökumət yeni seçkilərə qədər altı ay və ya bir il, xalq yenidən mandatı hansısa siyasi qüvvəyə təhvil verənə çalışmalıdır”.
O, bu dövrdə konstitusiyanı dəyişdirərək referendum keçirmək lazım olduğunu da əlavə edib. Sarkisyan hesab edir ki, parlament, hökumət və prezident institutu arasında tarazlıq olmalıdır:
“İnanıram ki, parlament ölkəsi olaraq qalsaq da, prezident xalq tərəfindən seçilməlidir. Ölkəmizdə bütün postlar parlament tərəfindən təyin olunur, amma tarazlıq haradadır?”.
Ermənistan prezidenti hesab edir ki, ölkədə böhranın olub-olmadığını meydandakı etirazçıların sayı ilə qiymətləndirilə bilməz:
“Meydanda ümumiyyətlə kimsə olmasaydı, bu, heç bir böhranın olmadığı demək olardı? Ətrafa baxın, hamımız böhran vəziyyətindəyik. Bu, bir ölkənin və ya bir dövlətin deyil, bir millətin - insan hüquqları, psixoloji, maliyyə, iqtisadi, humanitar böhrandır. Bütün ermənilər Qarabağa qayıdacaq? Bəziləri Ermənistanda qalacaq, kim onların qayğısına qalacaq?”.
Oxşar xəbərlər
Erməni müxalifəti Paşinyanı yenə istefaya çağırdı
Son Xeberler
Ermənistan qərargah rəisini də istefaya göndərdi
Son Xeberler
Sarqsyan Paşinyanı təhqir etdi:
Son Xeberler
Erməni milyonçu Paşinyanı özünü güllələməyə çağırd...
Son Xeberler
Paşinyanın daha bir sələfi onu istefaya çağırdı
Son Xeberler
Hikmət Hacıyev Paşinyanı Səddam Hüseynlə müqayisə...
Son Xeberler