
Ermənistan qərargah rəisini də istefaya göndərdi

Ermənilər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsi ilə bağlı gedən hərbi əməliyyatlarda ard-arda məğlub olan Ermənistan hökuməti daha bir yüksək vəzifəli şəxsi istefaya göndərib. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları Baş Qərargah rəisi Qaqik Tevosyan vəzifəsindən azad edilib.
Bu barədə Ermənistan MTX-nin mətbuat xidməti məlumat yayıb. Onun hansı səbəbdən istefaya göndərildiyi açıqlanmır. Tevosyanın yerinə Ermənistan MTX-nin Baş Qərargah komandirinin birinci müavini, polkovnik Arman Qasparyan təyin olunub.
Xatırladaq ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əks-kəşfiyyat şöbəsinin rəisi, general-mayor Ovannes Karumyan, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları komandanı Vaqinak Sarkisyan tutduqları vəzifədən azad olunublar.
Oxşar xəbərlər

Sarkisyandan Qasparyanın istefaya göndərilməsi təl...
Son Xeberler

Paşinyan onu da işdən çıxardı
Son Xeberler

Erməni müxalifəti Paşinyanı yenə istefaya çağırdı
Son Xeberler

İrəvanda parlament binasına polis karvanı cəlb olu...
Son Xeberler

Paşinyan oğlunu döyüşə göndərdi –
Son Xeberler

Ermənistanın keçmiş komandanı Qarabağa gələrkən
Son Xeberler