
Ərdoğan: “Döyüşü dayandırın demək riyakarlıqdır”

“ATƏT-in Minsk Qrupunda yer alan üçlük, bu günə kimi nə etdiniz? Azərbaycanın torpaqlarını işğaldan qurtardınız? Yox, sadəcə ermənilərə silah göndərdiniz və o silahlarla sülh istəyə bilməzsiniz. Çünki dürüst deyilsiniz.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kayseridə çıxışı zamanı deyib.
Ərdoğan bildirib: “Türkiyə dürüst olaraq qardaşlarının yanında yer aldı, bundan sonra da yer almaqda davam edəcək. Ermənilərin başlatdığı hücum Azərbaycan torpaqlarını qurtarma mücadiləsinə çevrildi. Evləri bombalanan Nigar qızımızı dünən televiziyada izlədim. O, dərdlərini anladırdı, gözləri yaşlı... Biz onların gözlərini yaşlı buraxmayacağıq. İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mücadilədən zəfərlə çıxacaq”.
Ərdoğan əlavə edib ki, azərbaycanlıları qətlə yetirənləri görməyənlərin, kar-kor olanların indi "döyüşü dayandırın" açıqlamaları riyakarlıqdır. İşğalın arxasında da məhz onlar var.
“Bir millət, iki dövlət olaraq Azərbaycana hər cür dəstək verməyə davam edəcəyik”.
Oxşar xəbərlər

Azərbaycanda 20 uşağa Ərdoğan adı qoyulub
Bugun.az

Ərdoğanın qardaşı oğlu koronavirusdan vəfat etdi
Son Xeberler

Ərdoğan və Makron arasında telefon danışığı olub
Son Xeberler

Ərdoğan bu ölkələrə səfər edəcək
Bugun.az

İlham Əliyevlə Ərdoğan birgə şam etdilər -
Son Xeberler

Ərdoğan Əliyevə zəng etdi
Bugun.az