“Ermənistan atəşkəsə məhəl qoymadı” - Ceyhun Bayramov
“Rusiya Prezidentinin təşəbbüsü ilə Moskvada xarici işlər nazirlərinin görüşü nəticəsində humanitar atəşkəs elan olundu. Burada əsas məqsəd humanitar atəşkəsin təmin olunmasıdır”.
Bunu Xarici İşlər naziri Ceyhun Bayramov deyib. Onun sözlərinə görə, Ermənistan atəşkəsə məhəl qoymadan hücum əməliyyatı həyata keçirib:
“Moskvada imzalanan müvafiq sənəddə həlak olmuş hərbçilərin cəsədlərinin çıxarılması, hərbçilərin və digər saxlanılmış şəxslərin mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Bu işlərlə bağlı koordinasiya Beynəlxalq Qırmızı Xaç Komitəsinin üzərinə qoyulub. Hələ ki, əməliyyatların başlanmasına şərait yaradılmayıb. Çünki Ermənistan növbəti dəfə təxribatçı üzünü göstərdi.
Bu gün saat 12-dən atəşkəs təmin edilməli idi, ancaq Ermənistan hücum əməliyyatları keçirməyə cəhd edib və geri oturdulub. Döyüş meydanında əldə etdiyimiz qələbələr diplomatik sahədə bizə üstünlük verib”.
Oxşar xəbərlər
Türkiyə ordusu Azərbaycana nə vaxt gəlir? -
Son Xeberler
Düşmənə xəbərdarlıq edilib
Son Xeberler
Netanyahu: "Şimaldə hücumlara davam edin"
Son Xeberler
XİN Ermənistanın atəşkəsi pozması barədə məlumat y...
Son Xeberler
Almaniya XİN Qarabağla bağlı bəyanat yaydı
Son Xeberler
Hulusi Akardan Qarabağda atəşkəsə nəzarətlə bağlı...
Son Xeberler