
Putin birgə bəyanatın müəlliflərini açıqladı

Dağlıq Qarabağda atəşkəsə dair 9 noyabr tarixli birgə bəyanatın mətni üzərində iş onu imzalayan hər üç ölkənin – Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən aparılıb”.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” kanalında yayımlanan “Moskva. Kreml. Putin” proqramına müsahibəsində deyib.
“Mətnin özünə gəldikdə, bunu təbii ki, üçümüz – mən, Azərbaycan Prezidenti və Ermənistanın baş naziri hazırladıq. Başqa cür də ola bilməzdi”, - deyə Putin bildirib. Onun sözlərinə görə, bu bəyanat Azərbaycan və Ermənistan tərəfləri arasında imzalanmış razılaşma idi:
“Rusiya yalnız vasitəçi rolunu oynadı və tərəflər arasında sülhün əldə olunması üçün bu sənəd üzrə üzərinə öhdəlik götürdü. Biz indi bu işlə məşğuluq. Bəyanatın müəllifləri isə, sözsüz, hər üç tərəfdir”.
Oxşar xəbərlər

SON DƏQİQƏ! Putin koronavirus peyvəndinin hazır ol...
Son Xeberler

Putin həlak olan pilotların adını açıqladı
Son Xeberler

SON DƏQİQƏ: Putin koronavirusla bağlı müjdəli xəbə...
Son Xeberler

Putin:“Üçtərəfli bəyanatın icrasını heç kim ləngid...
Son Xeberler

Prezidentlə Putinin telefon danışığının detalları...
Son Xeberler

Putin qürur duyduğu üç şeyi açıqladı - SİYAHI
Son Xeberler