22.07.2020 13:32
6
abunə
558
"Ermənilərin atdığı buzlu su "butulka"sı başıma dəydi" - Azərbaycanlı müğənni
Xəbər verdiyimiz kimi, Los Ancelesdə yaşayan ermənilər ötən gün Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun binasını əhatəyə alaraq ölkəmizə qarşı aqressiv və təxribatçı şüarlarla etiraz aksiyası keçiriblər.
 

Ermənilər həmyerlilərimizə qarşı zorakılıq və aqressiya nümayiş etdirməyə başlayıblar. 

 
Ermənilərin qarşısına çıxan azərbaycanlılardan biri də hazırda ABŞ-da yaşayan müğənni Səbinə Əskərova olub.
 
Müğənni Los Ancelesdə baş verənlərlə bağlı danışıb: 
 
Tovuzda baş verən erməni təxribatına etiraz etmək eyni zamanda Ordumuza dəstək məqsədilə toplaşmışdıq. Biz sivil qaydada evə gətmək istəyəndə ermənilər anidən arxamızca qaçıb bizə hücum etdilər. Biz 50, onlar 5000 nəfər idilər. Bizi itəlidilər və soydaşlarımızın bəziləri xəsarət aldı. Ümumilikdə, 1-i xanım olmaqla 7 nəfər xəsarət aldı. Onlardan 4-nün vəziyyəti ağırdır, 1 soydaşımız reanimasiyaya yerləşdirildi. Əllərində dondurulmuş buzlu su butulkaları var idi ki, onlardan biri mənim başıma dəydi. İtələləyəndə bir az ayağım burxulub. Ümumilikdə, özümü yaxşı hiss edirem.
 
Müğənni deyib ki, həmvətənlərimiz erməni təxribatının qarşısını ala bilib: 
 
"Bizim oğlanlar az olsalar da, bacardıqları qədər erməninin cavabını verirdilər. Ermənilər bizimkilərin telefonlarını da oğurlayıb. Oğurluq, şər, fitnə, yalan onların artıq ruhlarındadır. Bu gün bir daha şahid oldum ki, bizim insanlara fərqi yoxdur qarşında 10 erməni var yoxsa 5 min. Sona qədər dayandıq. Sözümüzü sivilcə çatdırdıq, onlar kimi vəhşilik etmədik".

Daxil olun


x
This website is using cookies. More info. That's Fine