17.11.2020 13:17
6
abunə
336
Ərdoğan Pompeo ilə görüşməyə vaxt tapa bilmədi

Prezident Rəcəb Tayyib Ərdoğan noyabrın 16-da Türkiyəyə səfərə gələn ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşmək üçün vaxt tapa bilməyib.

Bunu ABŞ Dövlət Departamentinin yüksək səviyyəli nümayəndəsi deyib.

“Prezident Ərdoğanın cədvəli dəyişdiyindən və Dövlət Katibinin səfəri əsasında qoyduğumuz parametrlərə cavab verə bilmədiyindən görüş baş tutmayıb”,- deyə diplomat qeyd edib.

Diplomat həm Pompeo, həm də türkiyəli rəsmilərin görüşün baş tutmasını istədiklərini vurğulayıb.

Türkiyə tərəfinin bir şeydən inciyə biləcəyi ilə bağlı sualları cavablandıran diplomat problemin Ərdoğanın qrafikindən qaynaqlandığını bildirib.

Dövlət Departamentinin nümayəndəsi, eyni zamanda Şərqi Aralıq dənizi, Liviya və Suriya da daxil olmaqla bir sıra bölgələrdəki vəziyyətlə bağlı münasibətdə Vaşinqton ilə Ankara arasında fikir ayrılıqlarının olduğunu bildirib.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine