24.10.2020 11:23
6
abunə
401
Pompeo tərəfləri substantiv danışıqlara çağırıb

ABŞ Dövlət katibi Mayk Pompeo dünən Vaşinqtonda Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan və Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov ilə ayrı-ayrılıqda görüşüb.

Bu barədə Dövlət Departamentinin saytı məlumat yayıb.

Qeyd edilib ki, Pompeo şiddətə son qoyulmasının və mülki şəxslərin qorunmasının vacibliyini vurğulayıb. O, həmçinin münaqişəni Helsinki Yekun Aktının güc tətbiq olunmaması və ya təhdid edilməməsi, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsipləri əsasında həll etmək üçün tərəflərin ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə substantiv danışıqlara getməsinin vacibliyini diqqətə çatdırıb.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine