Düşməndən qənimət götürülmüş texnika Bakıya gətirilir - FOTOLAR

21.11.2020 09:13 559 baxış sayı 2 dəq. oxuma
Düşməndən qənimət götürülmüş texnika Bakıya gətirilir -

44 günlük Vətən müharibəsində düşməndən qənimət kimi götürülmüş hərbi texnika Bakıya gətirilir. 

Texnikanın gətirildiyini əks etdirən fotolar sosial şəbəkələrdə yayılıb. 

Qeyd edək ki, Prezident İlham Əliyev yaralı hərbçilərlə görüşündə  bu barədə məlumat vermişdi: “Göstəriş vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş etdirəcəyik. Bütün Azərbaycan xalqı gedib görəcək ki, biz nəyi əldə etmişik”. 

Yaxın günlərdə Bakının Azadlıq meydanında düşməndən əldə edilmiş qənimətlərin nümayiş etdirilməsi üçün hərbi paradın keçiriləcəyi gözlənilir.

 



A
İnvestigativ jurnalist

Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.

Bütün məqalələrə baxın
Paylaş: