
Son Xeberler
9 abunə
Türkiyədə vəfat edən əsgər anasının cənazəsi Vətənə gətirilir
05.02.2021 11:36
429 baxış sayı
2 dəq. oxuma

Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən "N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçən Rəşad Hacızadə anasının müvəqqəti yaşadığı Türkiyənin Balıkəsir şəhərində dünyasını dəyisməsi və mərhumun cənazəsinin Azərbaycana gətirilməsi üçün Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət edib.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan ordusunun əsgərinin müraciətinə dərhal cavab verilib və Azərbaycan Respublikasının vətəndaşı, 1970-ci il təvəllüdlü Hacıyeva Afaq Yaqub qızının nəşinin ölkəmizə gətirilməsi üçün bütün addımlar atılıb. Cənazə artıq Türkiyədən yola salınıb və bu gün axşam Bakıya çatacağı gözlənilir.
Qeyd edək ki, Afaq Hacızadə qızı Nərmin Hacızadənin Türkiyədə təhsil alması səbəbindən qonşu ölkədə müvəqqəti yaşayırmış.
Oxşar xəbərlər

Türkiyədə əsgərləri daşıyan avtobus aşdı -
Son Xeberler
702
27/07 08:59

Azərbaycanlı iş adamı və anası koronavirusdan öldü
Son Xeberler
620
02/07 18:46

Türkiyədə korona ilə bağlı son məlumat
Son Xeberler
387
28/12 18:47

Tanınmış baş həkimin qızı Türkiyədə vəfat etdi
Son Xeberler
716
28/02 05:54

İntihar edən əsgər haqqında yeni məlumatlar - VİDE...
Son Xeberler
819
09/01 17:28

Nasrallahın cənazəsi gizli dəfn edildi
Son Xeberler
132
04/10 11:47