
Son Xeberler
9 abunə
Düşməndən intiqamımızı alan şəhid İntiqam - VİDEO
14.12.2020 17:46
563 baxış sayı
3 dəq. oxuma

Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid Abbasov İntiqam Yavər oğludur.
O, 1978-ci il sentyabrın 21-də Masallı rayonunun Köçəkli kəndində anadan olub. Ailədə 4 qardaşdan biri olan İntiqam 1985-ci ildə Sədrəddin Rəhimov adına tam orta məktəbin 1-ci sinfinə gedib və 1996-cı ildə həmin məktəbi uğurla bitirib.
1996-cı ildə hərbi xidmətə yollanan qəhrəmanımız 1999-cu ildə xidmətini başa vurub.
Uşaqlıqdan hərbiyə maraq bəslədiyi üçün 2000-ci ildən Naxçıvan Muxtar Respublikasında N saylı hərbi hissəsində gizir və tank komandiri olaraq işə başlayır. Aprel döyüşlərində də böyük şücaət göstərib. Uğurları, nailiyyətləri nəticəsində 2017-ci ildə baş gizir rütbəsini alıb. Dəfələrlə diplomlar, fəxri fərmanlar və medallarla təltif edilib.
İntiqam 2000-ci ildə ailə həyatı qurub, bir qız və bir oğlan övladı var.
O, sentyabrın 29-da Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
"Report" şəhidin övladları və yaxınları ilə həmsöhbət olub. Onlar əmindilər ki, əgər İntiqam indi yaşasaydı, şəhidlərimizi görüb "Kaş mən də şəhid olardım” deyərdi.
A
İnvestigativ jurnalist
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanda vəzifəli şəxs -
Son Xeberler
926
12/08 08:35

Düşməndən əldə olunan yeni hərbi qənimətlərin -
Son Xeberler
679
08/10 14:22

Şəhid anası: “Məni aparın, ermənidən qisasımı alım...
Son Xeberler
683
22/07 08:55

“Biz sizi düşməndən qoruyaq, siz də maska taxmaqla...
Son Xeberler
602
26/10 09:54

Düşməndən qənimət götürülmüş texnika Bakıya gətiri...
Son Xeberler
559
21/11 09:13

Qisas alan, qisası alınan şəhidimiz -
Son Xeberler
592
29/12 05:26