Son Xeberler
7 abunə
Döyüşə könüllü yollanıb şəhid olan fotoqraf - VİDEO
16.12.2020 10:34
355 baxış sayı
5 dəq. oxuma
Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid Tural Dəmirçiyevdir.
Gənc yaşlarından fotoqraf sənətinə yiyələn Tural döyüşlərə könüllü qatılıb.
O, oktyabrın 5-də Füzuli rayonu uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Atası Rəfael Dəmirçiyev bildirir ki, oğlunun ən böyük arzusu fotostudia açmaq idi:
"Dedi ki, ata mən fotoaparat almaq istəyirəm. Bir müddətdən sonra evə gələndə, baxdım ki, Tural gülür. Fotoaparatını gətirib mənə göstərdi ki, "ata, aldım”. Sonra bu sənəti öyrəndi. Mərhum generalımız Polad Həşimov şəhid olandan sonra Tural orduya könüllü yazıldı. Bu barədə bizə deməmişdi, xəbərimiz olmayıb.
Səhər işə hazırlaşıb gedəndə zəng gəldi, çölə çıxıb danışdı. Yenidən evə qayıdıb, formasını dəyişib, ordu sıralarına yollandı. Tural cəbhə bölgəsində olan zaman bizə bu barədə demirdi. Heç telefonla danışanda da yerini dəqiq bildirmirdi. Tez-tez telefonla danışırdı. Sonra bir ara telefon zəngi kəsildi. Oktyabrın 5-də Füzuli istiqamətində şəhid oldu. Eşitdiyimizə görə, həmin vaxt güclü döyüşlər gedib, Turalgil hücuma keçəndə oğlum qəlpə yarası alıb və şəhid olub”.
Anası Sədaqət Dəmirçiyeva deyir ki, oğlu bir müddət təlim keçəndən sonra Füzuli istiqamətində gedən döyüşlərə qatılıb:
"Bizlə həmişə telefonla gülə-gülə danışırdı. Bildirirdi ki, "narahat olmayın hər şey yaxşıdır, heç bir problemimiz yoxdur, döyüşürük”. Mənə Turalın şəhid olması barədə xəbəri atası zəng edib dedi. İndi o barədə danışmaq mənim üçün çox çətindir. Turallla fəxr edirəm ki, Füzuli istiqamətində gedən döyüşlərdə oğlum qəhrəmanlıqlar göstərib. Bir ana kimi bilirdim ki, Tural şəhid də olsa, qalib gələcək”.
T.Dəmirçiyevin iş yoldaşı, qazi Elnur Əkbərovun sözlərinə görə, onu 2019-cu ildən tanıyır:
"Biz 31 saylı komandada eyni növbədə, eyni qaravulda post yoldaşı olmuşuq. Növbəmiz də eyni olub. Turalla bizim qarşılaşmağımız təlimdə baş verdi. Biz artıq orduya ilk yazılanlardan biri idik. Getdik, təlimlərdə bir yerdə iştirak etdik. Amma təəssüflər olsun ki, döyüşə yollananda bölmələr olaraq ayrıldıq. Turalla da döyüş meydanında yollarımız ayrıldı. Mən yaralandım, Tural isə şəhidlik zirvəsinə ucaldı. İlk qalibiyyət sevincimimizi bölüşməyim Turalın qəbrini ziyarət etməklə oldu. Özü aramızda olmasa belə ruhu bizimlədir”.
Babası Sadiq Dəmirçiyevlə qardaşı Ramal Dəmirçiyev Turalla qürur duyduqlarını söyləyirlər.
(report)
Oxşar xəbərlər
Füzulu uğrunda şəhid olan DGK əməkdaşı... -
Son Xeberler
378
05/12 11:47
Beyrut partlayışını çəkən fotoqraf öldürüldü
Son Xeberler
346
24/12 13:53
Həbsdə olan şəhid valideynləri azadlığa buraxıldı...
Son Xeberler
452
06/12 11:22
Düşmən hücumunun qarşısını alarkan şəhid olan 18 y...
Son Xeberler
604
13/07 06:33
Şuşa üçün döyüşdü, alınan gün şəhid oldu - FOTO
Son Xeberler
443
26/12 16:45
Komandirini xilas etmək istərkən şəhid olan “Vətən...
Son Xeberler
525
20/12 08:31