
Son Xeberler
9 abunə
Beyrut partlayışını çəkən fotoqraf öldürüldü
24.12.2020 13:53
482 baxış sayı
2 dəq. oxuma

4 avqustda Beyrut limanındakı partlayış yerində çəkiliş aparan fotoqraf Cozef Bacani dekabrın 21-i naməlum şəxslər tərəfindən güllələnərək öldürülüb.
Bu barədə Livanın "Əl-Cədid” telekanalı məlumat yayıb. Bildirilib ki, xüsusi xidmət orqanları mərhumun telefonunu izləyərək qətldən bir neçə gün sonra yerini müəyyənləşdirməyə müvəffəq olub. Daha sonra isə həmin ərazidəki müşahidə kameralarının lentə aldığı videomaterial toplanılıb. İlkin məlumata görə, qətldə iki şəxs iştirak edib. Onlar fotoqrafın avtomobilinə mindiyi anda yaxınlaşaraq atəş açmağa başlayıblar.
Bacaninin yaşadığı Kimatiya qəsəbəsinin bələdiyyəsi ölkənin təhlükəsizlik xidmətlərini dərhal axtarış tədbirləri aparmağa və fotoqrafın qətlində iştirak edənləri aşkarlamağa çağırıb.
Yerli mətbuatın verdiyi məlumata görə, Bacani telekomunikasiya şirkətlərindən birində fotoqraf işləyib və həmçinin bəzi məlumatlara görə, ölkənin təhlükəsizlik xidmətlərindən birində akkreditə olunmuş fotoqraf olub.
"Əl-Hürra” telekanalının xəbərinə görə, Bacani bu yaxınlarda Beyrut limanındakı partlayışın baş verdiyi ərazidə çəkiliş aparıb.
Sui-qəsd Livan ictimaiyyətində geniş rezonansa səbəb olub.
O
Regional siyasət müxbiri
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Dəhşətli partlayışdan sonra Beyrut təmizlənir -
Son Xeberler
564
06/08 10:57

Pandemiyadan zərər çəkənlərə yenidən
Son Xeberler
763
03/07 15:26

Beyrutda baş vermiş partlayışda ölənlərin sayı 135...
Son Xeberler
612
06/08 06:52

Malatya zəlzələsindən sonra Naci Görürdən diqqətçə...
Ən Son Xəbərlər
578
11/08 06:41

Ağdam teatrının qarşısındakı heykəlin qalıqları ta...
Son Xeberler
493
06/12 16:49

Qız çayda selfi çəkərkən öldü -
Son Xeberler
725
15/01 10:08