
Dini mərasim təşkil edən daha 25 nəfər həbs edildi

Qaradağ rayonu Sahil qəsəbəsində "Aşura" mərasimi keçirmək istəyənlər cərimələnib. Təşkilatçı inzibati qaydada həbs edilib.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, avqustun 30-da Qaradağ rayonu, Sahil qəsəbəsi, B.Əliyev küçəsi, ev 43 ünvanında bir qrup şəxsin dəfələrlə edilən xəbərdarlıqlara baxmayaq karantin qaydalarını pozaraq “Aşura” mərasimi keçirməsi barədə Qaradağ RPİ-nin İcimai Təhlükəsizlik Şöbəsinə məlumat daxil olub.Dərhal Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinin əməkdaşları ilə birgə qeyd edilən ünvan nəzarətə götürülüb.Polis əməkdaşlarının keçirdikləri tədbir zamanı mərasimin təşkilatçısı, qəsəbə sakini Vüsal Tarverdiyev və daha 25 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib. İdarədə onlarla profilaktik söhbətlər aparılıb.
Xüsusi karantin rejimi qaydalarını pozan 25 nəfər barəsində inzibati protokollar tərtib olunub və onların hər biri cərimələnib. Məclisin təşkilatçısı V.Tarverdiyev barəsində isə məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs qərarı verilib.
Etiketlər
Oxşar xəbərlər

Hoteldəki yanğına görə daha iki məmur həbs edildi
Bugun.az

XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi...
Son Xeberler

Ağdaşda məclis təşkil edən kafe sahibi həbs olundu
Son Xeberler

Daha bir tiktoker həbs edildi
Xəbər Anı

İzmirdə binaların uçmasına görə 9 nəfər həbs edild...
Son Xeberler

Adnan Oktara 1000 il həbs verildi
Son Xeberler