
Azərbaycanda 15 minlik ehsan süfrəsi açılıb

Bakıda yas mərasimlərinin təşkili hazırda çox baha başa gəlir. Vətəndaşlar dünyasını dəyişən yaxınlarına ehsan vermək üçün böyük miqdarda pul xərcləməli olurlar. Mövzu araşdırılarkən məlum oldu ki, qiymət artımı təkcə şadlıq saraylarında deyil, mərasim evlərində də müşahidə edilir. Ət, yağ və digər ərzaq məhsullarının bahalaşması birbaşa mərasim evlərindəki qiymətlərə təsir göstərir.
Əvvəllər mərasim evlərində bir nəfərlik menyu 10 manatdan başlayırdı. İndi isə bu qiymət 13 manatdan aşağı düşmür. Paytaxtda fəaliyyət göstərən məkanlarda qiymətlər dəyişir. Məsələn, "Məkan" mərasim evində bir nəfərlik menyu 14,50 manatdır. "İmam Əli" məscidində bu məbləğ 15 manat təşkil edir. "Tural" və "Zəm-zəm" mərasim evlərində isə qiymətlər 15 manatla 16 manat arasında dəyişir. Əsasən imkanlı insanların üz tutduğu "Təzə Pir" mərasim zalında bir nəfərlik menyunun qiyməti 17 manatdır. Bu cür qiymət artımı ailələrin büdcəsinə ciddi yük yaradır.
Bakı sakini Arif Məmmədov bir neçə gün əvvəl atasını itirib. O, ”uç” mərasimini təşkil etmək üçün ümumilikdə 15 min manat xərclədiyini bildirdi. Məmmədovun sözlərinə görə, məclisdə min nəfər qonaq iştirak edib. Qonaqlar üçün əvvəlcədən razılaşdırıldığı kimi, hər bir nəfər üçün 15 manat ödənilib.
Arif Məmmədov yas mərasimlərinin təşkili ilə bağlı xərclərin insanlar üçün artıq ciddi bir sosial problemə çevrildiyini etiraf edir. O, bu vəziyyətdən çıxış yolu kimi, ehsan süfrələri ilə bağlı müəyyən standartların tətbiq edilməsinin vacibliyini vurğulayıb. Vətəndaşlar inanırlar ki, dövlət tərəfindən müəyyən edilmiş qaydalar bu sahədəki yüksək xərcləri tənzimləməyə kömək edə bilər.
Ticarət və əmtəə bazarları haqqında yazıram. Xarici ticarət balansı və ixrac-idxal dinamikası mənim maraq dairəmdədir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Bu rayonda yas mərasimi ləğv edildi
Bugun.az

5 aylıq nəvəsinə 85 minlik saat bağışladı -
Son Xeberler

"Sələmçi Qiyas" həbs olundu
Xəbər Anı

Azərbaycanda 6 polis əməkdaşı ölüb -
Son Xeberler

Kamil Zeynallı ilə bağlı DİN-dən AÇIQLAMA
SON Xəbər

Bakıda “pampers” geyindirilən quzu ilə gəzən gəncl...
Son Xeberler


