🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

DİN-dəh əhaliyə XƏBƏRDARLIQ: Bu şəxslər cəzalandırılacaq

30.12.2020 13:08 425 baxış sayı 3 dəq. oxuma
DİN-dəh əhaliyə XƏBƏRDARLIQ: Bu şəxslər cəzalandırılacaq

Son günlər Bakı, Sumqayıt və Abşeronda yaşayan şəxslərin kütləvi halda rayonlara üz tutduğu müşahidə edilir. Araşdırmalar zamanı verilən icazələrdən , ezamiyyət vərəqələrindən sui-istifadə hallarının olduğu ortaya çıxıb. Bu səbəbdən də sərtləşdirilmiş xüsusi karantin tətbiq edilən bölgələrə icazələrlə də giriş-çıxış mümkün olmayacaq. İcazələrdən sui-istifadə edənlər cəzalanacaqlar.

Daxili İşlər Nazirliyindən bildirilib ki, ölkənin bəzi şəhər və rayonlarında tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar həmin inzibati ərazilərə giriş-çıxış yalnız müvafiq ezamiyyə vərəqələri və ya "icaze.e-gov.az" portalına daxil edilmiş məlumatlar əsasında həyata keçirilir. Son vaxtlar xüsusilə Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində yaşayan və işləyən şəxslərin kütləvi şəkildə ailə üzvləri ilə birgə məhz həftəsonu və ya bayramqabağı ezamiyyə adı ilə respublikanın ayrı-ayrı bölgələrindəki istirahət zonalarına getmələri müşahidə olunur. Bu səbəbdən də karantin postlarında nəzarət daha da gücləndirilib.

Sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq olunan şəhər və rayonların inzibati ərazilərində, o cümlədən istirahət mərkəzlərində polis və Daxili Qoşunların hərbi qulluqçuları mütəmadi reydlər keçirəcəklər.

Qeyd edilib ki, bütün tədbirlər vətəndaşların təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə həyata keçirilir.

Etiketlər

Paylaş: