DİN: Ötən gün yaşayış yerini tərk edən 51 koronavirus xəstəsi saxlanılıb
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 14-də polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən respublika ərazisində ictimai yerlərdə yaşayış yerlərini tərk edən 51 aktiv COVID-19 xəstəsi müəyyən olunaraq saxlanılıb.
Tibbi qaydalar gözlənilməklə onlardan 47 nəfər evə qaytarılıb, 3 nəfər xəstəxanaya yerləşdirilib.
37 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, istintaq araşdırmaları davam etdirilir.
Oxşar xəbərlər
Evdən çıxan daha bir koronavirus xəstəsi saxlanıld...
Son Xeberler
Koronavirus xəstəsi küçəyə çıxıb gəzdi -
Son Xeberler
Evindən çıxan koronavirus xəstəsi saxlanılıb
Son Xeberler
Koronavirus xəstəsi karantin postunda saxlanıldı
Son Xeberler
COVİD-19 xəstəsi dükanda ət satarkən yaxalandı
Son Xeberler
Bu hallarda SMS-məlumatın göndərilməsi tələb olunm...
Son Xeberler