
Mingəçevirdə küçəyə çıxan COVID-19 xəstəsi saxlanıldı

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən və ətrafdakı şəxslərə də bu virusun keçməsinə şərait yaradan aktiv koronavirus xəstəsi aşkarlayıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Yasin Fərzəliyevə ev şəraitində müalicə təyin edilsə də, ancaq o, özünütəcrid qaydalarına riayət etməyərək yaşadığı ünvanı tərk edib.
Dərhal onun şəhər ərazisindəki olduğu ünvan müəyyən edilib və həkim briqadası dəvət olunub. Y.Fərzəliyevlə profilaktik söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.
Məsələ ilə əlaqədar Mingəçevir Şəhər Polis Şöbəsində araşdırma aparılır.
Etiketlər
Oxşar xəbərlər

Mingəçevirdə küçədə kişi meyiti tapılıb
Son Xeberler

Evdən çıxan daha bir koronavirus xəstəsi saxlanıld...
Son Xeberler

Mingəçevirdə oğul anasını öldürdü
Son Xeberler

Azərbaycanda ŞOK:
Son Xeberler

Mingəçevirdə yas məclisi ilə bağlı yeni ənənə -
Son Xeberler

Mingəçevirdə Ermənistanın PUA-sının məhv edilməsi...
Son Xeberler