Daha bir QALMAQAL: Müəllim tələbəyə “şamtutan” dedi - VİDEO

19.02.2021 08:48 569 baxış sayı 2 dəq. oxuma
Daha bir QALMAQAL:

Bakı Humanitar Kollecinin direktoru Nərmin Qaralova onlayn imtahan vaxtı sinif nümayəndəsini  təhqir edib.

Direktor imtahan zamanı tələbələrin çıxmalı olduğunu dediyi halda, sinif nümayəndəsinin imtahanı tərk etməməsinə əsəbləşərək ona qarşı "şamtutan” ifadəsini işlədib:

"İndi qrupda 5 nəfərdir: Nərgiz xanım, 2 müəllim və mən. Bəs beşinci kimdir? "Sinifkom” burada nə edir ki? Mən dedim ki, tələbələr çıxsın, siz məni dinləmirsiz? Burada müəllimə "sinifkom” tərəfindən nəzarət lazım deyil. Ağzımda deyirəm ki, tələbələr çıxsın. Bu nə özbaşınalıqdır, siz edirsiz? İndi mən imtahanı dayandıraram, baxarsız. "Sinifkom” tələbə sayılmır? Bizə "şamtutan” lazım deyil. 3-3 uşaqlar daxil olurlar. 1 asistent var, müəllim var, Nərgiz xanım var. Sinif nümayəndəsi nə üçündür ki?”.

Təhsil Nazirliyinin direktorla bağlı hansı qərarı verəcəyi böyük maraq doğurur.

 

 

 

 

 

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: