Daha bir estetik qurbanı: Gənc xanımı şikəst etdilər - FOTO
"Dəfələrlə 22.11.2019-cu il tarixindən başlayaraq 13.02.2020-ci il, 07.02.2020-ci il, 11.03.2020-ci il tarixlərində özünü həkim kimi təqdim edən Firuzə Əliyevanın hərəkətləri nəticəsində mənim - Cavadova Gülnar Mirzə qızının sağlamlığına qəsdən ağır xəsarətlər yetirilib".
Zərərçəkən Cavadova Gülnar məlumat verib.
O bildirib ki, bu günə kimi həmin həkim başqalarına da bu cür ziyan vurmaqda davam edir. G.Cavadova bu günə kimi sağlamlığının bərpası üçün öz hesabına xeyli miqdarda ziyan çəkməkdədir: "İşin mahiyyəti ondan ibarətdir ki, 2016-cı ildə sosial şəbəkələrdə, kosmetoloji xidmətlər və gel vasitəsi ilə dolğu-korreksiya xidmətləri göstərməsinə dair özünü həkim-kosmetoloq kimi təqdim edən Əliyeva Firuzənin elanlarına rast gəldim, gel dolğu xidmətindən istifadə etmək üçün həmin şəxsə müraciət etdim.
Firuzə Əliyeva məni Bakı şəhəri, Hüseyn Cavid prospekti 150 ünvanında yerləşən "La beauty" adlanan gözəllik salonunda qəbul edərək bu sahədə yüksək peşəkarlığa malik olan mütəxəssis olduğunu bildirdi, müvafiq prosedurları icra etmək üçün aidiyyətli lisenziya və sertifikatının olmasını, həyata keçirəcəyi dolğu-korreksiya "əməliyyatı" zamanı tətbiq edəcəyi dolğu materialının, yəni gelin tələb edilən standartlara uyğun olduğunu və hətta çox yüksək keyfiyyətə malik Avropa mənşəli preparat olduğunu bildirdi. Bu sahədəki yüksək peşəkarlığı və istifadə edilən vasitələrin tam qanuni olduğuna məni inandırdı".
Firuzə Əliyevanın bu kimi təqdimatlarından sonra Gülnar Cavadova ona inanaraq həyat və sağlamlığını birinciyə etibar edərək müvafiq əməliyyata razılıq verib. Firuzə Əliyeva edəcəyi dolğu əməliyyatına görə əməliyyat haqqı və tətbiq ediləcək gel dolğusunun qiymətinin ümumilikdə 1300 (bir min üç yüz) ABŞ dolları olduğunu bildirib və qeyd edilən məbləğ Gülnar Cavadova tərəfindən Firuzə Əliyevaya ödənildikdən sonra Bakı şəhərində yerləşən, hazırda adı dəyişdirilərək "Mirras by la beauty" olan, vaxtilə "La beauty" adlanan gözəllik salonunda Firuzə Əliyeva tərəfindən Gülnar Cavadovanın hər iki ayağının baldır hissəsinə "Aquafilling" adlanan gel dolğusu vurulub.
Gülnar Cavadova deyir ki, müvafiq əməliyyatdan sonra Firuzə Əliyeva hər hansı xüsusi qoruma və reabilitasiya tədbirlərinə ehtiyac olmadığını, gündəlik həyat fəaliyyətinə heç bir maneə olmadan davam edə biləcəyini bildirərək onu evə yola salıb:
Qeyd etmək istəyirəm ki, qısa bir müddətdən sonra mənim səhhətimdə pisləşmə, ayaqlarımda, əməliyyat hissələrində qızarmalar, şişliklər və ağrılar müşahidə olunmağa başladı. Bu kimi şikayətlərlə Firuzə Əliyevaya məlumat verdikdə sonuncu bu halların tam normal olduğunu, orqanizmin yad cismi qəbul etmə prosesində bu kimi halların tam təbii olmasını, belə əməliyyatı və ona dolğu vasitəsi ilə tətbiq edilən geli yüzlərlə başqa insanlara da tətbiq etdiyini, hər hansı şikayət və qüsur olmadığını bildirərək məni sakitləşdirdi.
Firuzə Əliyevaya inanaraq bu proseslərin təbii olmasına dair onun sözlərinə inanmış və tezliklə qeyd edilən şikayətlərin keçəcəyini zənn etdmişdim. Lakin getdikcə səhhətim daha da pisləşdi, artıq ayaqlarım tam şişərək kəskin ağrılarla müşahidə olunan qüsurlar yarandı. Bununla bağlı Firuzə Əliyevaya hər dəfə müraciət etdikdə yaranmış narahatlığı özü həll etməyə çalışaraq məni həkim qəbuluna getməkdən müxtəlif üsul və bəhanələrlə yayındıraraq şikayətlərlə bağlı qeydləri və şəkilləri Türkiyədəki uzman doktorlara göndərdiyini, müxtəlif antibiotiklər qəbul edərəmsə, yaranmış problemin həll olacağını bildirirdi. Mən də antibiotiklərlə müalicə etməyə davam edirdim.
Bir müddət sonra səhhətimdəki problemlər daha da pisləşdi. Belə ki, artıq yeriyə bilməkdə çətinliklər çəkirdim, ayaqlarımın əməliyyat olan hissələri tam şişərək xaricə çirk və irin ifrazatı başlamışdı. Bütün bu hallar baş verərkən Firuzə Əliyeva məni israrla müşahidə olunan qüsurların onun tətbiq etdiyi gel dolğusu ilə bağlı deyil, başqa səbəblərdən olmasını inandırmağa çalışmış, bir neçə dəfə iltihab yerlərinə daxili yuma tətbiq edərək tezliklə sağalacaını bildirmişdi".
Zərərçəkən xanım qeyd edir ki, bu tədbirlər bir nəticə verməyib və səhhəti tam pisləşib: "Bu pisləşmədən sonra Firuzə Əliyeva məni Bakı şəhərində yerləşən VMR klinikasına gedərək tətbiq edilən geli orada çıxartdırmağı, amma heç bir halda tətbiq edilən gelin onun vasitəsi ilə tətbiq edidiyini bildirməməyimi xahiş etdi. Bunu da fərqli səbəb və bəhanələrlə izah edərək, guya tətbiq etdiyi geli Bakıda ən ucuz qiymətə o tətbiq etdiyinə görə sonradan digər klinikalar və həkimlərlə aralarında narazılıqlar yaranacağını bəhanə etmişdi.
Mən Firuzə Əliyevanın göndərişi ilə Bakı şəhərində yerləşən VMR klinikasında ikinci bir əməliyyata getmişəm. Burada yerli anesteziya vasitəsi ilə ayaqlarımdakı gel dolğu vasitəsi çıxarılıb. Həmin klinikada əməliyyat otağı belə olmadığından adi qəbul otaqlarının birində bu əməliyyat baş verdi. Mənim ayaqlarımdakı şişliklərdən deşik açılaraq əllə kənarlardan basılma vasitəsi ilə, tətbiq edilən gelin hissə-hissə çıxarılması kimi olduqca dözülməz fiziki və psixoloji ağrılarla müşahidə edilən proses baş verdi.
Bütün bu dözülməz ağrı və məhdudiyyətlərə baxmayaraq, səhhətim yenə yaxşılaşmadı və mərhələli şəkildə pisləşərək davam etdi. Nəhayət 2019-cu ildə bu kimi probləmlərimi öyrənən qohumumun təkidilə başqa bir klinikaya gedərək həkim müayinəsindən keçdim. Bakı şəhərində yerləşən normal klinikalarda müvafiq laborator analizlər verdikdən sonra, ayaqlarıma mənşəyi bəlli olmayan və tələb olunan standartlara cavab verməyən gel dolğusu tətbiq edildiyi, uzun müddət həmin dolğunun orqanizmdə qalması səbəbindən qeyd edilən dolğunun artıq dərialtı toxumalara nüfuz etməsi məlum olub".
Bundan sonra 2019-cu ilin iyun, iyul aylarında Bakı şəhərində yerləşən MedEra Hospitalda Gülnar Cavadova əməliyyat olunaraq hər iki ayaqlarından Firuzə Əliyeva tərəfindən tətbiq edilmiş gel dolğusu çıxarılıb.
Qeyd edək ki, günü bu gün də Gülnar Cavadovanın səhhəti pisdir, belə ki, onun orqanizmində hələ də mənşəyi bəlli olmayan gel dolğusunun tətbiqinin fəsadları davam etməkdədir. Gülnar Cavadovanın ayaqlarında olduqca bariz görülüb hiss edilən hissəvi toxuma əksikliyi ilə birlikdə daha dərin toxumalara nüfuz edən, yoluxmalar səbəbi ilə yenə də ağrılı və iltihabi proseslər davam etməkdədir.
Gülnar Cavadova Firuzə Əliyevanın bu kimi əməlləri nəticəsində məruz qaldığı problemlər və səhhətində yaranmış qüsurlar səbəbindən 2016-cı ildən bu günədək əmək qabiliyyətini tamam itirərək öz işləri ilə məşğul ola bilməmiş, 4 il ərzində sağlamlığını bərpa edərək yenidən əmək fəaliyyətinə başlaya bilməsi üçün külliimiqdarda vəsaitlər xərcləyibdir.
Əməliyyatdan sonra başına gətirdiyi müsibətə görə Gülnar Cavadova Firuzə Əliyevanın hərəktlərindən hüquq-mühafizə orqanlarına şikayət edib. Materialda adı çəkilən Firuzə Əliyeva ilə əlaqə saxlasaq da, qarşı tərəf mövzu ilə bağlı danışmaqdan imtina etdi. Əvvəlcə ona 15 dəqiqə vaxt verilməsini istəsə də, sonradan zənglərimizə köməkçisi cavab verərək qısa müddət sonra açıqlama verəcəyini bildirdi. Lakin sonradan telefon zənglərinə cavab verilmədi.
Məsələ ilə bağlı Gülnar Cavadova rəsmi olaraq Baş Prokurorluğa da müraciət edib. Baş Prokurorluqdan baku.ws-ə verilən məlumata görə, hazırda Yasamal Rayon Prokurorluğunda həmin məsələ ilə bağlı araşdırma aparılır. Hadisələrin inkişafı haqqında əlavə məlumat verəcəyik.
Etiketlər
Oxşar xəbərlər
Daha bir məktəbli düşmən təcavüzünün qurbanı olub
Son Xeberler
"Daha iki şagirdimiz düşmən təcavüzünün qurbanı ol...
Son Xeberler
Estetik cərrahları şikayət edən onlar imiş - FOTO
Bugun.az
Beyrut partlayışının ən kiçik qurbanı üç yaşlı qız...
Son Xeberler
Vəziyyət dəhşətli hal aldı -
Son Xeberler
Britaniyanın yeni COVID-19 statistikası
Son Xeberler