Daha bir məktəbli düşmən təcavüzünün qurbanı olub

07.11.2020 16:47 612 baxış sayı 1 dəq. oxuma
Daha bir məktəbli düşmən təcavüzünün qurbanı olub

​Bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. 16 yaşlı Şahmalı Rəhimov Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonuna atılan mərmi nəticəsində həlak olub.

Bu barədə Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində yazıb.

"Şahmalı Ağdam rayonu 94 nömrəli köçkün tam orta məktəbin 10-cu sinif şagirdi idi. Ermənistan təcavüzünün qurbanı olan məktəblilərimizin sayı artıq 10-a çatdı. Allah rəhmət eləsin!" , - deyə nazir bildirib.

O
Regional siyasət müxbiri

Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.

Bütün məqalələrə baxın
Paylaş: