Cəbhədə son vəziyyət: Düşmən xeyli sayda itki verib
Oktyabrın 31-i gün ərzində və noyabrın 1-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətidən bildirilib ki, döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında xeyli sayda itki var.
Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 1 ədəd PDM, 2 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 8 ədəd müxtəlif tipli topu, 2 rabitə qülləsi, 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
Oxşar xəbərlər
Cəbhədə vəziyyət Ordumuzun nəzarəti altındadır
Son Xeberler
Cəbhədə vəziyyət yenidən gərginləşdi -
Son Xeberler
Azərbaycanda hərbi vəziyyət ləğv olunur? -
Son Xeberler
Beş ildən sonra 3 uşaq atası olduğunu cəbhədə öyrə...
Son Xeberler
Müəllimlərdən cəbhədə döyüşən əsgərlərə dəstək vid...
Son Xeberler
SON DƏQİQƏ: Müdafiə Nazirliyi MƏLUMAT YAYDI -
Son Xeberler