Azərbaycanda hərbi vəziyyət ləğv olunur? - AÇIQLAMA
"Hərbi vəziyyətin ləğv edilməsi hələ tezdir”
Bu sözləri açıqlamasında sentyabrın 27-dən mövcud olan hərbi vəziyyət rejiminə xitam verilməsinin tez olduğunu deyərkən ehtiyatda olan polkovnik-leytenant İbrahim Rüstəmli deyib:
"Müharibə dövrünün özünün sərt qanunları var. İndiki zamanda arxa cəbhə də ön cəbhə qədər önəmlidir. Azərbaycan bu mənada istər ön, istərsə də arxa cəbhədə sınaqlardan alnıaçıq çıxıb. Birinci Qarabağ müharibəsi dövründə erməni cəlladları arxa cəbhədə də bir sıra təxribatlara əl atmışdı. Erməni terrorçuları tərəfindən bir ildə iki dəfə metroda partlayışın baş verməsi və onlarla vətəndaşımızın həlak olması yaxın keçmişimizin terror hadisələridir. Atəşkəs dönəmində də ermənilər bu sayaq teraktlara dəfələrlə cəhd edib.Müharibə dövründə də həmin təhlükə aktuallığını saxlayıb”.
Həmsöhbətimiz hesab edir ki, hərbi əməliyyatlar dayansa da təhlükəsizlik baxımından Azərbaycanda hərbi vəziyyətin davam etməsi arzuolunandır:
"Bilirsiniz ki, hərb meydanındakı uğurlarımızdan qıcıqlanan xarici qüvvələr var. Hansı ki, onlardan bəziləri açıq, digərləri isə gizli şəkildə ölkəmizə qarşı fəaliyyət göstərməkdədir. Belə olan halda ölkədə mövcud olan hərbi vəziyyət bir müddət də davam etməlidir. Müharibənin fəsadları, dalğası tam kəsilməyincə, daha sakit və asayişli dövrə qədəm qoymadıqca hərbi vəziyyət davam etməlidir”.
Oxşar xəbərlər
Azərbaycanda hərbi vəziyyət bu tarixdən ləğv edili...
Son Xeberler
Azərbaycanda daha bir qanun ləğv edildi
Son Xeberler
Komendant saatının ləğvi ilə bağlı
Son Xeberler
Paşinyan geri çəkildi,
Son Xeberler
Komendant saatı ləğv ediləndən sonra "SMS icazə" s...
Son Xeberler
Müvəqqəti komendantlıqların vəzifəsinə dəyişiklik...
Son Xeberler