
Cəbhədə düşmən təxribatı: Atəşkəs pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 37 dəfə pozub.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistan Respublikası Berd rayonunun Nerkin Karmirağbur, Ayqepar, Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Hacallı, Əlibəyli, Ağdam, Koxanəbi, Əsrik Cırdaxan və Ağbulaq kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Yarımca, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Kürdlər, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Oxşar xəbərlər

SON DƏQİQƏ: Müdafiə Nazirliyi cəbhədəki döyüşlər h...
Son Xeberler

Cəbhədə düşmən təxribatı:
Son Xeberler

Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir
Son Xeberler

SON DƏQİQƏ: Azərbaycan ordusu şəhid verdi
Son Xeberler

Cəbhədə düşmən təxribatı:
Son Xeberler

SON DƏQİQƏ: Cəbhədə gərginlik artdı, bir əsgərimiz...
Son Xeberler