Çavuşoğlu Azərbaycana qarşı ikili standartdan şikayət etdi
Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlunun isveçli həmkarı Ann Linde ilə Ankarada baş tutan görüşündən sonra ortaq mətbuat konfransı keçirilib.
Çavuşoğlu çıxışı zamanı Qərb və dünya ictimaiyyəti tərəfindən Dağlıq Qarabağ məsələsində Azərbaycana münasibətdə ikili standartların tətbiq olunduğunu bəyan edib.
İsveç XİN rəhbərinin “Atəşkəs əldə olunmasına baxmayaraq, Dağlıq Qarabağda davam edən qarşıdurmalar bizi çox narahat edir. Tərəfləri bu münaqişələri dayandırmağa və razılığa əməl etməyə dəvət edirəm” sözlərindən sonra çıxış edən Çavuşoğlu, bu ifadələrə sərt reaksiya verib:
“Beynəlxalq ictimaiyyətin atəşkəs çağırışlarını qəbul edirik, ancaq buna əlavə olaraq, Ermənistanın geri çəkilməsini çağırsalar, o zaman beynəlxalq birliyin bu problemi həll etmək istəyini görə bilərik, amma bu çağırış edilmir. Söhbət Krım və Ukraynadan gedəndə, ATƏT də daxil olmaqla hamımız Rusiyanın geri çəkilməli olduğunu söyləyirik, ancaq Qarabağ məsələsində eyni çağırışı etmirik”.
Çavuşoğlu həmçinin Minsk qrupu olaraq görüşlərin keçirilməsinin faydalı olduğunu, bununla belə həmsədrlərin indiyə kimi görülən işlər barədə hesabat hazırlamalı olduğunu qeyd edib.
Oxşar xəbərlər
Çavuşoğlu Azərbaycana qarşı ikili standartdan şika...
Son Xeberler
Çavuşoğlu yenidən Bakıdadır
Son Xeberler
Çavuşoğlu bu gün Bakıya gəlir
Son Xeberler
Çavuşoğlu Azərbaycanı təbrik etdi
Son Xeberler
Varşava Forumu Azərbaycana qarşı yönəlmişdir
Son Xeberler
Çavuşoğlu Azərbaycanı təbrik etdi
Son Xeberler