
Son Xeberler
9 abunə
Cavid Qurbanov Xudayar Yusifzadəyə şeir həsr etdi
21.12.2020 16:47
839 baxış sayı
4 dəq. oxuma

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov "Azərbaycan Bayrağı” ordeni ilə tətlif olunmuş Xudayar Yusifzadəyə şeir həsr edib.
Xudayar Yusifzadə döyüş yoldaşlarının əhatəsində "Vətən yaxşıdır” mahnısını ifa etməsi ilə soaial şəbəkələrdə məşhurluq qazanmışdı. Bundan bir neçə gün sonra o, Znəgilan uğrunda gedən döyüşlərdə şəhid olmuşdu.
Duman gəldi, dağ dumanda əridi,
Yağı düşmən ətrafları bürüdü.
Ana yurdun bülbül səsli igidi,
Nəğmələrin Səndən qaldı yadigar,
Şəhid balam, şəhid oğlum, Xudayar!
Sən daşıydın , torpağıydın Vətənin,
Ağacıydın, budağıydın Vətənin,
Nəğməli bir qonağıydın Vətənin,
Sən gedəli o dağlara yağdı qar,
Şəhid balam, şəhid oğlum, Xudayar!
Unudarmı oba Səni, el Səni ?!
Unudarmı çəmən, çiçəkək, gül Səni?!
Unudarmı duman Səni, çən Səni ?!
Hər ürəkdə Sənin üçün xeymə var ,
Şəhid balam, şəhid oğlum, Xudayar!
Dastan deyib, dastan olan igidim,
Döyüşündə aslan olan igidim,
Şəhidliklə zirvə tutan igidim,
Ruhun cənnət, yerin olsun laləzar,
Şəhid balam, şəhid oğlum, Xudayar!
O
Regional siyasət müxbiri
Yerli özünüidarə və regional siyasət haqqında yazıram. Bakıdan kənarda da nələr olduğunu bilmək vacibdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Vətən uğrunda şəhid olmuş hərbçilərimizə şeir həsr...
Son Xeberler
554
20/10 09:30

Şəhid Xudayar Yusifzadənin büstü hazırlanıb -
Son Xeberler
549
08/12 06:04

"Xudayar təsnifi"ni oxuyub ağladı -
Şou Xəbər
807
26/12 14:48

Rusiyadakı Azərbaycan diasporunun rəhbəri koronavi...
Son Xeberler
495
23/12 08:51

Dastana dönən şəhid Xudayarın yeni görüntüləri - V...
Son Xeberler
777
31/12 06:19

Nəriman Qurbanov vəfat etdi -FOTO
Bugun.az
52
24/10 05:22


