31.12.2020 10:19
6
abunə
575
Dastana dönən şəhid Xudayarın yeni görüntüləri - VİDEO

22 yaşlı şəhid Xudayar Yusifzadənin gözəl səsi bütün izləyicilərin qəlbini fəth edib.

Şəhid Xudayar cəbhədə Əliağa Vahidin "Vətən yaxşıdır" mahnısının ifası ilə yaddaşlarda qalıb.

Xudayar Yusifzadənin məzun olarkən çəkilən görüntülərini əldə etmişik. Sosial şəbəkələrdə isə Xudayarın müharibəyə göndərilməzdən əvvəl meyxana ifa etdiyi görüntülər yayılıb. Görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, Xudayar Yusifzadə Murovdağdakı yüksəkliklərin azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Füzuli, Cəbrayıl, Zəngilan istiqamətlərində də döyüşmüşdür. Zəngilan rayonunun Ağbənd kəndi uğrunda gedən döyüşlərdə yaralanmış, daha sonra aldığı yaralardan şəhid olub.

 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine