Son Xeberler
7 abunə
Bu şəxslər vaksinasiyadan imtina edərsə, pensiyaları kəsiləcək? - RƏSMİ CAVAB
15.02.2021 14:51
338 baxış sayı
3 dəq. oxuma
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin COVID-19 infeksiyasına qarşı vaksinasiya prosesi həyata keçirilir.
Bu kateqoriyadan olan şəxslər randevu.its.gov.az saytından və ya ərazi üzrə poliklinikanın qeydiyyat şöbəsi ilə telefon əlaqəsi saxlayıb öz məlumatlarını verərək qeydiyyatdan keçə bilərlər.
Peyvəndə görə qeydiyyatdan keçməli olub, lakin kompüterdən istifadə edə bilməyən vətəndaşlara poliklinikalar yardım göstərir.
Ölkədə 65 yaşdan yuxarı şəxslərin vaksinasiyasının getdiyi bir vaxtda peydənddən imtina edənlərə müəyyən cəzaların tətbiq olunacağı barədə şayiələr yayılmağa başlayıb. Sosial şəbəkədə səslənən iddialara görə, yaşı 65-dən yuxarı olan vətəndaşlara vaksinasiya prosesindən imtina edəcəyi təqdirdə pensiyalarının kəsiləcəyi bildirilib.
Bu iddianın nə qədər doğru olub-olmadığını dəqiqləşdirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, iddialar əsassızdır və həqiqəti əks etdirmir:
"Yaşı 65-dən yuxarı olan vətəndaşların vaksinasiya prosesindən imtina edəcəyi təqdirdə guya pensiyalarının kəsilməsi ilə bağlı məlumatlar tamamilə əsassızdır, yalan və şayiədən başqa bir şey deyil.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu olaraq, pensiya məsələləri ilə bağlı hansısa uydurmalara deyil, yalnız rəsmi qurumlardan yayılan məlumatlara istinad edilməsini tövsiyə edirik".
Oxşar xəbərlər
DSMF: Oktyabr pensiyaları ödənilib
Bugun.az
21
10/10 14:25
Noyabrın pensiyaları bu tarixdə veriləcək
Xəbər Anı
40
05/11 17:52
Azərbaycanlı həkimdən vaksinasiyadan qorxanlara
Son Xeberler
318
18/02 07:56
Pensiyaların Ödənilmə Tarixi Açıqlandı
Bugun.az
26
09/10 07:25
ŞAD XƏBƏR: Bu şəxslərin pensiyası ARTIRILDI
Son Xeberler
967
18/02 17:43
Bu şəhərdə su kəsiləcək
Xəbər Anı
39
26/10 11:33