ŞAD XƏBƏR: Bu şəxslərin pensiyası ARTIRILDI
Son bir ildə Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı altı il işləmiş 6 297 pensiyaçının pensiyasını yenidən hesablayaraq artırıb.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib.
Qeyd edilib ki, "Əmək pensiyaları haqqında" Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən etibarən işləməyə davam edərsə, hər altı ildən bir onun hesabında toplanmış sosial sığorta haqqı 72-yə (6 il×12 ay) bölünərək onun pensiyasının üzərinə əlavə olunur.
Bu da işləyən pensiyaçıların mənafelərinin daha dolğun təmin olunmasına imkan verir.
Həmçinin yaşa görə pensiyaya çıxdıqdan sonra işləməyə davam edən şəxslər arasında sosial sığorta sistemində aktiv iştiraka marağın artmasını stimullaşdırır.
Oxşar xəbərlər
Bu tarixədək pensiyaya çıxanlara 25 il staj hədiyy...
Son Xeberler
Əhaliyə pensiyalarla bağlı ŞAD XƏBƏR
Xəbər Anı
ŞAD XƏBƏR:
Son Xeberler
Pensiyalar nə qədər artdı? -
Son Xeberler
Azərbaycanda 2021-ci il üzrə kişilərin və qadınlar...
Son Xeberler
Azərbaycanda kişilər və qadınlar üçün pensiya yaşı...
Son Xeberler