14.11.2020 21:46
6
abunə
351
Bu gün Bakıda 554 küçə dezinfeksiya edilib

Son günlərdə koronavirusa (COVID-19) yoluxanların sayında artımın olması nəzərə alınaraq noyabrın 14-də Bakı Şəhər İcra Hakimiyyətinin strukturları tərəfindən paytaxt ərazilərdəki əsas küçə, prospekt və yollarda, həmçinin qəsəbələrdə kommunal təsərrüfat xidmətlərinin 40 ədəd xüsusi texnikası və 2000-dən çox işçinin köməyi ilə artıq 16-ci dəfə həyata keçirilən əlavə gücləndirilmiş dezinfeksiya işləri zamanı ümumilikdə 554 küçə dezinfeksiya olunub.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətidən bildirilib ki, görülən bu işlər Bakı şəhər sakinlərinin həyatının təhlükəsizliyinə yönəldilən tədbirlərin bir hissəsi olaraq mütəmadi davam etdiriləcəkdir.

Daxil olun


x
This website is using cookies. More info. That's Fine