
AZAL dezinfeksiya edildi - FOTO

Sentyabrın 4-nə keçən gecə Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı profilaktik dezinfeksiya işləri aparılıb.
AZAL-dan verilən məlumata görə, dezinfeksiya gecə saatlarında, hava limanı ərazisində sərnişinlərin və işçi heyətin olmadığı zaman həyata keçirilib.
“Genişmiqyaslı dezinfeksiya Bakının hava limanı ərazisində COVID-19 virusunun yayılmasının qarşısını almaq, sərnişinlər və işçi heyət üçün təhlükəsiz və sağlam mühit yaratmaq məqsədi daşıyır. Aerovağzal kompleksinin bütün sahələri antiseptik və dezinfeksiyaedici vasitələrlə tam emal olunub, gediş, gəliş, baqaj qəbulu zallarında zərərsizləşdirici tədbirlər görülüb. Döşəmələr, divarlar, oturacaqlar, pəncərələr, eskalatorlar, qeydiyyat masaları, baxış zonaları, liftlər, traplar, tutacaqlar, sürahi səthləri, qapı tutacaqları və s. dezinfeksiyaedici məhlulla emal edilib, - deyə məlumatda bildirilib.
Korrupsiyaya qarşı mübarizə və şəffaflıq mövzularında yazıram. İnvestigativ jurnalistika mənim əsas maraq sahəmdir.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

AZAL iki kurort şəhərinə uçuşlara başlayır
Bugun.az

Bakının 548 küçəsi dezinfeksiya edildi
Son Xeberler

Azərbaycana gələn turistlərdən bunlar tələb ediləc...
Son Xeberler

AZAL çarter reyslərinin baha olması barədə deyilən...
Son Xeberler

AZAL yenidən vətəndaşlara MÜRACİƏT etdi
Son Xeberler

AZAL Türkiyəyə gedənlərə
Son Xeberler


