
Bu gün 150-dən çox vətəndaş Rusiyadan Azərbaycana gətiriləcək

Azərbaycan Respublikası və Rusiya Federasiyasının aidiyyəti dövlət qurumları tərəfindən qarşılıqlı əlaqələndirmə şəklində vətəndaşların həftəlik əsasda müəyyən olunmuş qrafik çərçivəsində ölkəmizə geri qayıdışı təmin olunur.
Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.
Onun sözlərinə görə, həftəlik qrafik çərçivəsində 19 mayda 120 nəfər, 26 mayda 131 nəfər, 2 iyunda 122 nəfər, 9 iyunda 130 nəfər vətəndaş “Samur” sərhəd buraxılış məntəqəsindən ölkəmizin ərazisinə keçib: "Bu qrafik üzrə bu gün 150 nəfərdən çox vətəndaşın ölkəyə keçməsi təmin olunacaq. Həmçinin bu həftə “Evə gedirəm” portalı vasitəsilə qeydiyyata düşmüş vətəndaşların Bakı-Moskva-Bakı çarter reysi ilə geri qaytarılması da nəzərdə tutulub".
Oxşar xəbərlər

Rusiyadan gətirilən məhsullarda koronavirus aşkarl...
Son Xeberler

Bu gün Rusiyadan daha 150 nəfər Azərbaycana təxliy...
Son Xeberler

İki nəfər Azərbaycana ekstradisiya edildi
Bugun.az

Prezidentin köməkçisi xaricə gedənlərə xəbərdarlıq...
Son Xeberler

Rusiyadan daha 192 azərbaycanlı ölkəyə gətirildi
Son Xeberler

Kəmaləddin Heydərov xəsarət alanların son vəziyyət...
Bugun.az