Bir qətlin tarixçəsi: Qəbələ sakini bacısının sevgilisini niyə öldürdü? -
2018-ci il noyabrın 7-də Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə Zabrat qəsəbəsində yerləşən avtomobil yuma məntəqəsində bir nəfərin bıçaqlanması barədə məlumat verilib.
Baku TV xəbər verir ki, polis əməkdaşları orada çoxsaylı bıçaq yaralarından vəfat edən 32 yaşlı Murad Quliyevin meyitini aşkar ediblər. Hadisəni törədən Elnur Abdullayev bir gün sonra könüllü şəkildə polis əməkdaşlarına təslim olub.
Təqsirləndirilən şəxs qismində dindirilmiş E.Abdullayev bildirib ki, bacısı Təranə Muradova 2008-ci ildə həmyerliləri Şahid Muradovla ailə həyatı qurub, bu nikahdan iki övladları dünyaya gəlib.
2018-ci ilin avqust ayının əvvəllərində yeznəsi onun anası ilə əlaqə saxlayaraq Təranənin evdə olmadığını bildirib, bir neçə gün axtarsalar da bacısını tapa bilməyiblər. Sonra məlum olub ki, Təranə heç kimə demədən, uşaqlarını evdə qoyaraq, sosial şəbəkə vasitəsi ilə tanış olduğu Murad adlı şəxslə Bakı şəhərinə qaçıb.
Oktyabrın axırlarında Təranə ərindən boşanmaq üçün məhkəmə prosesində iştirak etmək məqsədilə Muradla birlikdə Qəbələyə gəlib. Həmin gün Elnur bacısını oradan əvvəlcə xalasıgilə aparıb. Söhbət zamanı Təranə deyib ki, Murad hədələdiyi üçün onunla qaçıb. Bunları eşidən Elnur Muradı öldürmək qərarına gəlib, lakin bunu heç kimə deməyib və Muradın işlədiyi yerə gələrək mətbəx bıçağı ilə onu öldürüb.
Hadisə yerindən bir qədər uzaqlaşdıqdan sonra bıçağı yolun sol tərəfindəki hasardan içəri atıb. Daha sonra taksi ilə Qəbələ rayonuna qayıdıb. Ertəsi gün Qəbələ RPŞ-nə gedərək təslim olub.
Şahid qismində dindirilmiş T.Muradova ifadəsində qeyd edib ki, əri Ş.Muradovla aralarında tez-tez mübahisələr baş verdiyi üçün ayrılmaq istəsə də, ailə üzvləri övladlarının artıq böyüdüyünü bildirərək, dözməsini tələb ediblər. 2018-ci ilin avqust ayında sosial şəbəkədə Murad adlı oğlanla tanış olub və onunla ailə həyatı qurmaq istəyib. Bir neçə gündən sonra Murad Qəbələyə gəlib onu qaçıracağını bildirsə də, son anadək buna inanmayıb. Bir gün anasının evinə gedərkən, yanında qara rəngli avtomobil dayanıb, M.Quliyev onu maşına dəvət edib, yanında bacısı Leyla da olub. Təranə avtomobilə əyləşərək, onlarla Bakıya gedib.
Təxminən bir həftə Muradın bacısıgildə qalıb, sonra Sabunçu rayonunda kirayə tutduqları evə köçüblər. Anası ilə əlaqə saxlayaraq hər şeyin qaydasında olduğunu bildirib. Bir müddətdən sonra Muradın ona qarşı münasibəti dəyişib, tez-tez narkotik vasitələr qəbul edib, ailəsi ilə əlaqə saxlamağına icazə verməyib və ümumiyyətlə onunla pis rəftar edib. Bu səbəbdən məhkəmə binasının qarşısında qardaşı onu qarşılayaraq xalasının evinə aparıblar. Təranə hər şeyi evdə ətraflı danışıb. Noyabrın 7-də evə qayıdan qardaşı Elnur Bakıda Muradı tapıb, öldürüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Abdullayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 16 il müddətinə azadlıqdan məhrum olunub.
Etiketlər
Oxşar xəbərlər
Ramiz Mehdiyev ona vəzifə verdi -
Son Xeberler
Azərbaycanda dəhşətli cinayət: Üç nəfər bıçaqlandı
Xəbər Anı
İsmayıllı məktəbinin müəllimi də şəhid olub -
Son Xeberler
Tarix müəllimi 20 dəqiqəyə milyonçu oldu -
Son Xeberler
Leyla Əliyeva Təbiət Tarix Muzeyini Ziyarət Etdi
Bugun.az
Azərbaycanlı kişi Türkiyədə 18 yaşlı qızı öldürdü
Son Xeberler