18.11.2020 16:48
6
abunə
451
İsmayıllı məktəbinin müəllimi də şəhid olub - FOTO

İsmayıllı şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi Famil Əhmədzadə Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub.

O, 1997- ci ildən sözügedən məktəbdə pedaqoji fəaliyyətlə məşğul olub. F. Əhmədzadənin təşəbbüsü ilə məktəbdə tarix-diyarşünaslıq muzeyi yaradılıb.  

Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi şəhidimizə Allahdan rəhmət diləyib, yaxınlarına dərin hüznlə başsağlığı verib.

Xatırladaq ki, nazirlik ötən gün Gəncə şəhərində tarix müəllimi işləyən Rəşad Məmmədovun da Füzuli istiqamətində döyüşlərdə şəhid olduğunu açıqlamışdı.

 

 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine