🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Bir cinayətin cəzasız qalması digər cinayətə yol açır” - Malik Həsənov

29.10.2020 09:46 325 baxış sayı 5 dəq. oxuma
“Bir cinayətin cəzasız qalması digər cinayətə yol açır” -

“İşğalçı Ermənistan dünyanın gözü qarşısında növbəti terror aktını həyata keçirdi. Oktyabrın 28-də Bərdə şəhərinin kasetli bombalardan atəşə tutulması nəticəsində 21 nəfərin həlak olması və 70 nəfərin yaralanması bir daha  göstərir ki, ermənilərin qəddarlığının, insanlığa qarşı  cinayətlərinin  həddi yoxdur.  10, 18 və  26 oktyabr tarixlərində əldə edilmiş humanitar atəşkəs razılaşmasını kobud şəkildə pozan işğalçı dövlətin bu müddət ərzində  törətdiyi terror aktlarına diqqət yetirsək coğrafiyasının nə qədər genış olduğunu görərik. İki dəfə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin, sonra Bərdə şəhərinin raket hücumuna məruz qalması təkcə Ermənistan hakimiyyətinin faşist mahiyyətinə və onun prinsipsizliyinə dəlalət etmir, həm də təcavüzkarın Azərbaycan Ordusu qarşısında  acizliyinin təzahürüdür. Bu cinayətlər, eyni zamanda,  dünyaya belə bir  mesajı da ünvanlayır ki,  bir cinayətin cəzasız qalması digər cinayətə yol açır.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki,  dünya dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar nə zamanadək  baş verən hadisələrə ədalət, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində deyil,  öz maraqları baxımından yanaşır, bu halda onlardan həqiqətə həqiqət gözü ilə baxmağı gözləmək sadəlövhlük olar: “ 28 ilin  reallığı budur ki, vasitəçilik  missiyasını yerinə yetirmək məqsədilə yaradılan,  həqiqətdə isə Ermənistanın yanında olub ona   gizli, yaxud açıq şəkildə maddi və mənəvi dəstək göstərərək  ərköyün uşaq kimi əzizləyən ATƏT-in Minsk qrupunun həmsədrləri fəaliyyətsizliklərinə görə  daim  tənqid olunublar. Bu gün də eyni vəziyyət davam edir. ATƏT-in Minsk qrupu həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi də istəsələr istənilən məsələni həll etmək imkanında, gücündədirlər. Niyə etmək istəmirlər? Məhz bu niyələr Azərbaycan dövlətini narahat edir, sərt bəyanatlar səsləndirməsinə səbəb olur. Azərbaycan bu gün beynəlxalq hüquq tərəfindən tanınmış ərazilərini bərpa edir.  Dövlətimizin başçısı İlham Əliyev bu çağırışı edir ki, əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri, Minsk qrupunun həmsədrləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, mane olmasınlar. Ermənistandan fərqli olaraq biz heç kimdən kömək istəmirik. Ölkə Prezidenti oktyabrın 28-də  Rusiyanın İnterfaks agentliyinə müsahibəsində  də sual doğuran bu kimi bir çox məqamlara diqqəti yönəltdi.”

“Lakin Ermənistan və onun havadarları  bilməlidirlər ki, heç nə bizi haqq yolundan dönməyə məcbur edə bilməz” söyləyən Malik Həsənov bildirib ki, Azərbaycan  Ordusu  Bərdənin qisasını döyüş meydanında alır: “Oktyabrın 28-də Azərbaycan Silahlı Qüvvələri  Zəngilan, Füzuli, Cəbrayıl və Qubadlı rayonlarının 13 kəndini işğaldan azad etdi. Qələbə xəbərləri xalqımızı qürurlandırır, bütün işğal altında olan torpaqlarımızda bayrağımızın dalğalanacağı günün cox yaxında olduğuna əminliyi artırır.  Dövlət-xalq-ordu birliyi sarsılmazdır. Heç bir təxribat  zəfər yolumuza mane ola bilməz.”

Paylaş: