25.07.2020 19:23
6
abunə
360
Axtarışda olan 35 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları ötən gün ərzində törədilmiş 24 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış dörd cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərinin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarılan 26 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine