“Beynəlxalq ictimaiyyəti qəti mövqe sərgiləməyə çağırırıq” - XIN
"Oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 4 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla 13 nəfər ciddi xəsarət alıb".
Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.
Bildirilib ki, bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir.
"İki ölkənin Xarici İşlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti qanlı cinayətin törədilməsi, təcavüzkar Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqlara maneə törətmək məqsədi güddüyünün bariz göstəricisidir.
Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır. Cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyəti qəti mövqe sərgiləməyə çağırırıq", - məlumatda vurğulanıb.
Oxşar xəbərlər
“Beynəlxalq birliyi bu vəhşiliyi qınamağa çağırırı...
Son Xeberler
Ermənistanın polis zabitləri də Paşinyanın istefas...
Son Xeberler
XİN: Ermənistan mülki insanlara qarşı terror vasit...
Son Xeberler
“Ermənistanın atdığı raketlər ciddi təhlükə yaradı...
Son Xeberler
Erdoğan G20 Zirvəsində Qəzzə üçün Atəşkəs Çağırışı...
Son Xeberler
“Ermənistan Tovuzdakı xəstəxananı hədəf alıb”
Son Xeberler