
Abituriyentlərin nəzərinə- UNEC-də II qrup üzrə yeni ixtisas açılıb

UNEC-də 2020/2021-ci tədris ilindən II ixtisas qrupu üzrə “Beynəlxalq ticarət və logistika” ixtisası açılıb.
Universitetin mətbuat xidmətindən verilən məlumata görə, “Beynəlxalq ticarət və logistika” ixtisası üzrə təhsil alan bakalavrlar gələcəkdə öz ixtisasları üzrə iqtisadiyyat, mühasibatlıq, beynəlxalq ticarət, logistika və digər mühüm əhəmiyyət kəsb edən sahələrə aid nəzəri və praktik biliklərə yiyələnəcəklər.
İxtisas 4 dildə (Azərbaycan, türk, ingilis və rus) müvafiq fakültələrdə tədris olunacaq.
Qeyd edək ki, UNEC-də bakalavr dərəcəsində II qrupu üzrə “Maliyyə”, “Mühasibat”, “İqtisadiyyat”, “Biznesin idarəedilməsi”, “Statistika”, “Beynəlxalq ticarət və logistika”, “Marketinq”, “Menecment” və “Dövlət və bələdiyyə idarəetməsi” ixtisaslarına qəbul aparılır.
Oxşar xəbərlər

Karyerasını “Azərbaycan Dəmir Yolları” QSC-də qurm...
Edumap.az Təhsil Portalı

Ombudsman Məleykə Abbaszadəyə
Son Xeberler

Ali məktəblərə qəbul üçün ixtisas seçimi edəcək ab...
Son Xeberler

500 baldan çox toplasalar da tələbə ola bilmədilər
Son Xeberler

İşaxtaranların nəzərinə!
Edumap.az Təhsil Portalı

DİM-dən abituriyentlərə güzəşt -
Son Xeberler