
Bərdədə koronavirus xəstəsi barədə cinayət işi başlanıb

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkəmizdə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına qarşı prokurorluq orqanları tərəfindən kompleks və ardıcıl tədbirlər davam etdirilir.
Bərdə rayon prokurorluğundan verilən xəbərə görə, Bərdə rayon sakini 1955-ci il təvəllüdlü Məmmədov Çingiz Rəhim oğlu COVID-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, 02.12.2020-ci il tarixdə Bərdə rayonu ərazisində rayon sakinləri ilə təmasda olmaqla epidemiya əleyhinə, eləcə də karantin rejimini kobud surətdə pozub yeni növ koronavirus infeksiyasının yayılması üçün real təhlükə yaradıb.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanaraq istintaqın aparılması üçün aidiyyəti üzrə Bərdə rayon Polis Şöbəsinə göndərilib.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər

Ötən gün 26 COVID-19 xəstəsinə cinayət işi başlanı...
Son Xeberler

Koronavirus xəstəsi küçəyə çıxıb gəzdi -
Son Xeberler

DİN: Həftəsonu ictimai yerlərdə 9 nəfər aktiv koro...
Son Xeberler

DİN: Azərbaycanda 106 koronavirus xəstəsi barəsind...
Son Xeberler

30 COVID-19 xəstəsinə cinayət işi başlanılıb
Son Xeberler

DİN: Ötən gün yaşayış yerini tərk edən 51 koronavi...
Son Xeberler