🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“BBC”nin Gəncədən reportajının tam - VİDEO

13.10.2020 10:50 463 baxış sayı 4 dəq. oxuma
“BBC”nin Gəncədən reportajının tam -

Xəbər verdiyimiz kimi, BBC telekanalı Ermənistanın Gəncəyə raket hücumu ilə bağlı daha bir reportaj yayımlayıb. Reportajda Azərbaycanla Ermənistan arasında əldə edilmiş razılaşmanın ilk 24 saatda pozulduğu qeyd edilir. Diqqətə çatdırılır ki, Gəncə şəhərində yaşayış binasına atəş açıldıqdan sonra Azərbaycan Ermənistanın müharibə cinayəti törətdiyini bəyan edir.

Reportajda Ermənistanın raket hücumu nəticəsində dağılmış evlərin, yaxınlarını itirmiş insanların görüntüləri təqdim edilir.

“BBC”nin hadisə yerində olan müxbiri dağıntıları göstərərək “Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə, bu insanların yaşadığı yerlərdən görün geriyə nə qalıb”, - deyə qeyd edir. Vurğulanır ki, bu, açıq-aşkar mülki əhalinin hədəfə alınmasıdır. Bu dağılmış binalarda, mənzillərdə insanlar yaşayırdılar. Dağıntılar arasında yataqlar, yorğan-döşək görmək mümkündür.

“Hücum yerli vaxtla gecə saat 2-də baş verib. Atəşkəs olmalı idi, lakin bu, əsl müharibənin əlamətləridir. Bəs indi nə olacaq? Atəşkəs artıq bitdimi?”,-deyə sual verən “BBC”nin müxbiri Orla Guerin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevdən hadisə yerində müsahibə alıb. Hikmət Hacıyev qeyd edib ki, əgər Ermənistan azərbaycanlı mülki əhaliyə hücumu davam etdirsə, Azərbaycan Ermənistanın hərbi hədəflərinə qarşı lazımi tədbirləri görmək məcburiyyətindədir.

“Siz deyirsiniz ki, onlar sizə atəş açıb və sizin buna cavab vermək hüququnuz var. Bunlardan hansı olacaq? Siz atəşkəsə davam edirsiniz, yoxsa bu hücuma cavab verəcəksiniz?” sualına cavabında Prezidentin köməkçisi deyib: “Hazırda biz atəşkəs rejiminə sadiq qalmışıq. Ancaq ermənilər Azərbaycanın mülki əhalisinə hücum etməyə davam eləsələr, dünyadakı bütün dövlətlər kimi, bizim də özünümüdafiə hüququmuz var”.

Jurnalist raket hücumu nəticəsində dağılmış evlərdən birinin içərisindən də görüntüləri təqdim edir və dağıntılar arasındakı yorğan-döşəyi göstərərək “evin sakininin nəvələri bu yataqda yatırdılar, xoşbəxtlikdən onlar sağ qala biliblər”, - deyə qeyd edib.

Paylaş: