🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

“Bu, Azərbaycan xalqına qarşı soyqırımdır” - Prezidentin köməkçisi

11.10.2020 07:11 411 baxış sayı 2 dəq. oxuma
“Bu, Azərbaycan xalqına qarşı soyqırımdır” -

Ermənistanın azərbaycanlı mülki əhaliyə qarşı vandalizm və barbarlıq siyasəti davam edir.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” hesabında yazıb.

“Bu, Azərbaycan xalqına qarşı Xocalı soyqırımından bəri şahidi olduğumuz bir soyqırım aktıdır”, - deyən H.Hacıyev düşmənin raket hücumuna məruz qalan Gəncədən yeni fotolar paylaşıb.

Qeyd edək ki, düşmən ordusunun gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsindəki çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində azı 7 nəfər həlak olub, 30-ya yaxın şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Paylaş: