19.08.2020 21:45
6
abunə
367
Bakıda yol hərəkət qaydasını pozan sürücü qəza törətdi- FOTO/VİDEO

Bakıda bir nəfərin xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV-nin müxbiri xəbər verir ki, qəza Neftçilər prospektində qeydə alınıb.

İlkin məlumata görə, KİA markalı avtomobilin sürücüsü yol hərəkəti qaydasını pozub.

Bu zaman o, “Mazda” markalı nəqliyyat vasitəsilə toqquşub. Hadisə zamanı KİA-da olan xanım sərnişin xəsarət alıb.

Əraziyə DYP və Təcili Tibbi Yardım briqadasının əməkdaşları cəlb olunub. Yaralıya ilkin tibbi yardım göstərilib.

Hadisənin təfərrüatı araşdırılır.

 

 

 

Etiketlər:

Daxil olun


x
This website is using cookies. More info. That's Fine