🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə

"Karantin hamı üçündür, varlı və kasıb fərqi yoxdur” - Deputat

22.08.2020 10:57 396 baxış sayı 2 dəq. oxuma
"Karantin hamı üçündür, varlı və kasıb fərqi yoxdur” -

"Karantin qaydaları hər kəs üçündür. Kasıb, varlı, müəllim, deputat, həkim, iqtidar, müxalifət, taksi sürücüsü, fərqi yoxdur. Hüquq-mühafizə orqanları karantin qaydasını pozur deyə bir vətəndaşı cərimələyib, digərini cərimələməyə bilməz".

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Nurlan Həsənov deyib.

Deputat bildirib ki, bu gün karantin qaydalarını pozan bəzi tanınmış şəxslər cərimələnirsə, hətta inzibati qaydada həbs edilirsə, bu, hər kəs üçün ciddi dərs olmalıdır:

"Toy qadağası davam edir və bu hər kəs üçün belədir. Baş verənlər, dövlətimiz, hüquq-mühafizə orqanları tərəfindən müvafiq tədbirlərin görüldüyünü və heç kimə xüsusi imtiyaz verilmədiyini və verilməyəciyini bir daha göstərir. Bəlkə də artıq bu kimi hadisələrdə cəmiyyət olaraq təəcüblənməməyi öyrənməyə başlamalıyıq. Hamı qanun qarşısında bərabər olmalıdır. Doğru olan budur".

Etiketlər

Paylaş: