02.02.2021 23:19
6
abunə
752
Bakıda şok əməliyyat: Oğurluğa gedən ana-bala tutuldu - VİDEO

Nardaranda bağ evlərindən oğurluq edən şəxslər saxlanılıb.

DİN mətbuat xidmətindən  verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində qəsəbədə yerləşən bağ evlərindən birindən oğurluq edən, əvvəllər də məhkum olunmuş paytaxt sakini Rüstəm Abdullayev tutulub. 

Araşdırma zamanı onun qəsəbə ərazisindəki bağ evindən televizor, 6 ədəd xalça və digər məişət əşyaları oğurlayaraq ev sahibinə ümumilikdə 2000 manata yaxın maddi ziyan vurduğu məlum olub. Saxlanılan şəxsin üzərindən 7 qrama yaxın marixuana da aşkar edilib. Onun oğurladığı məişət əşyalarının bir qismi maddi sübut kimi götürülüb.

Keçirilən digər əməliyyat zamanı isə daha bir bağ sahəsindən 111 ədəd tikintidə istifadə olunan dəmir dirəklər oğurlayan dəstə üzvləri saxlanılıb.

Onlar əvvəllər məhkum olunmuş Sitarə Bədəlova, onun oğlu Tehrab Bədəlov, qohumu Sahibə Mustafayevə, həmçinin Vüqar Abdullayev və Aqşin Əliyev tutulub.

Dəstə üzvlərindən oğurladıqları dəmir dirəklər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Daxil olun


x
This website is using cookies. More info. That's Fine